"ABŞ rəsmilərinin Ermənistana mütəmadi səfəri əsasən, Paşinyanı çevriliş cəhdindən qorumaqdır. Rusiya Ermənistan əlaqələri hər keçən gün böhrana yuvarlanır və Erməni Apostol kilsənin dəstəyi ilə keçirilən aksiyalardan istifadə edilərək təxribatlar həyata keçirilə bilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, ABŞ dövlət katibinin köməkçisi Obraynın səfəri, Vaşinqtonun Ermənistanda baş verənlərlə bağlı narahatlığının göstərir: " Qeyd edim ki, ABŞ Azərbaycanla sülh prosesində İrevana tam siyasi dəstək verməyə çalışır. Bunu Vaşinqtondan Paşinyanın xahiş etməsi istisna deyil. Bununla Ermənistan cəmiyyətinə mesaj verilir ki, ABŞ Azərbaycanla sülh prosesində Ermənistanın yanında olacaq".
M.Əsədullazadə vurğulayıb ki, ümumilikdə götürdükdə ABŞ rəsmilərinin Ermənistan səfəri üç istiqamət üzrədir: "Birinci istiqamət Paşinyana tam siyasi dəstək verməkdir. İkinci, Rusiyanın artan təzyiqləri fonunda çevriliş ssenarilərini neytrallaşdırmaq, üçüncüsü, Azərbaycanla sülh prosesində Ermənistana dəstək verməkdir. ABŞ Ermənistanda Knustitusiya referendumunun keçirilməsində maraqlıdır. Çünki bu Rusiyanın Ermənistanda mövqeyini zəifləmiş olacaq. Həmçinin, ABŞ-dakı erməni diasporu Ağ Evin tapşırığı ilə kilsəyə siyasi və maliyyə dəstəyini dayandırır".
Nərgiz,
Sitat.info