İranda azərbaycanlı prezidentliyə namizəd qalib gələ biləcəkmi...?!

11:36 27 İyun 2024

"İranda növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürən 6 şəxsdən biri olan azərbaycanlı Məsud Pezeşkian prezidentliyə namizəd olan siyasətçilər ilə müqayisədə daha müsbət imicə sahib şəxs sayılır. Onun korrupsiya və digər repressiyada adı hallanmır. Daha çox azərbaycanlı türklərin haqlarını gündəmə gətirməklə fars millətçilərinin hədəfinə gəlir.

Məsud Pezeşkian parlament tribunasından azərbaycanlıların haqlarını müdafiə edib. İslahatçı qanada mənsub olan azərbaycanlı namizədin qalıb gəlmək şansı yüksəkdir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, İran siyasi sisteminə nəzarət edən SEPAH-ın hakimiyyəti ona buraxacağı isə real deyil: "Həmçinin M. Pezeşkian sistemin yetişdirməsidir və Ali dini rəhbər S. Ə. Xameneinin dəstəyi ilə seçki marafonuna qoşulub. Onu bu seçkiyə buraxmaqda  məqsəd Güney Azərbaycan seçicilərini prosesdə fəallığını artırmaq və seçki abu-havası yaratmaqdır".

Politoloq vurğulayıb ki, həqiqətən M. Pezeşkian seçki kampaniyasını uğurla həyata keçirir və teledabatlar mübahisəli şəkildə davam etdirir: "Bu da ölkədə "demokratik" bir seçki görüntüsü yaradır. İran hakimiyyət sisteminə bu lazımdır və ölkədə bir neçə ildir passiv seçki prosesini aktiv seviyyəyə keçirə biliblər. Təbii ki, M. Pezeşkian prezident seçilərsə, sistemin xəttindən kənar çıxa bilməz. Azərbaycan türklərini milli haqlarının təmin olunmasına nail ola bilməz. Onun dedikləri reallıqları əks etdirsə də sadəcə, seçki prosesi üçündür və yerinə yetirilməsi üçün ilk növbədə sistemin icazəsi lazımdır. Ümumiyyətlə , İranda hakim sistem milli haqları tanımır.

M.Əsədullzadə vurğuladı ki, M. Pezeşkian digər namizədlər M. Qalibaf və S. Çəkilidən sorğulara görə irəlidədir, amma, seçkilərdə M. Qalibaf yaxud S. Cəlili prezident elan oluna bilər.

Məğrur Salmanov,

Sitat.info



Xəbər xətti