Gürcüstanda region üçün həlledici seçki: "Gürcü arzusu" qalib gələrsə, Zəngəzur dəhlizi açılacaq"

20:20 4 Oktyabr 2024

"Avropa İttifaqı rəsmiləri Gürcüstan hökuməti ilə görüşləri dayandırıb. Bu ay keçiriləcək seçkilərdə hakim "Gürcü Arzusu" partiyasının qalib gəlməsi gözlənilir. Partiyanın lideri B. İvanaşvili seçkiyə qatılır. Görünür, seçkilərdə partiyası qələbə qazanacaqsa, baş nazir postunda əyləşə bilər. Çünki Qərblə əlaqələr qırılaraq Rusiya ilə yaxınlaşma kursu həyata keçiriləcək. Gürcüstan hökuməti bunu müstəqil siyasət kimi xarakterizə etsə də, qəbul etdiyi qərarlar və Moskva ilə yaxınlaşmaq siyasəti avtoritar sistemə keçid kimi dəyərləndirmək olar".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, gələn aydan Gürcüstan üçün yeni bir çətin siyasi mərhələ başlayacaq: " Hökumət Cənubi Osetiya və Abxaziyada separatizmə son vermək üçün Moskva ilə sıx əməkdaşlıq edəcək. Həmçinin daxildə müxalifəti sıradan çıxaracaq. Bunu nəticəsində Qərbin Gürcüstana sanksiyaları sərtləşəcək. Viza rejimi yenidən tətbiq ediləcək. Avropa  İttifaqına üzvlük namizədliyi ləğv ediləcək. Qərb Ermənistanı ikinci Gürcüstan müstəvisinə gətirir. Demək olar ki, Gürcüstan hakimiyyəti Qərblə əlaqələri sona çatdırır. Bunun müqabilində Rusiyanın Cənubi Osetiyanı Gürcüstana qaytarması mümkündür. Amma, Rusiya ordusu Cənubi Osetiyada qalmaq şərti ilə bu sövdələşmə getməsi mümkündür. Abxaziya isə, Gürcüstan hakimiyyətinin nəzarətinə verilməyəcək".

M.Əsədullazadə vurğulayıb ki, artıq Azərbaycanın iştirakçısı olduğu "Orta dəhliz" Gürcüstandan deyil, Ermənistan ərazisindən Zəngəzurdan keçəcək: "Qərb də Orta dəhlizin əsas seqmenti olan "Zəngəzur" dəhlizinin açılmasında maraqlıdır".

Məğrur,

Sitat.info



Xəbər xətti