Əliyev ABŞ və Ermənistanın siyasi oyunlarını pozdu: Yalnız yekun sülh müqaviləsi imzalana billər...

17:50 9 Oktyabr 2024

"ABŞ-ın Azərbaycanı sanksiyalarla təhdid etməsində əsas məqsədi rəsmi Bakını İrəvanla "Aralıq sülh" sazişinə məcbur etməkdir. ABŞ dövlət katibi E. Blinken Ermənistanla Azərbaycan arasında mövcud mətnin 13 bəndi üzrə müqavilə imzalanması üçün N. Paşinyana təlimat verib. C. Bayden administrasiyası Azərbaycanla Ermənistan arasında yarımçıq sülh müqaviləsinin bağlanmasını ona görə tələsik istəyir ki, daxildə seçki öncəsi reytinqini yüksəltsin".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, yarımçıq sülh mətni ABŞ administrasiyasının və N. Paşinyanın siyasi maraqlarına cavab verir: "Hər iki hökumət daxildə siyasi reytinqləri kifayət qədər yüksəltməyi planlayır. Prezident İlham Əliyev isə, hər iki hökumətin bu oyununu obyektiv olaraq pozur. Yarımçıq mətn imzalanarsa  N.Paşinyanda göstərəcək ki, sülh əldə etdik. Təbii ki,   yekun sülh müqaviləsi olmadıqda, perspektivdə İrəvan yenidən manipulyasiyalara əl ata bilər, bunun təminatı yoxdur. Ona görə də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli maraqlarını üstün tutaraq regionda dayanaqlı sülhün əldə edilməsi üçün yekun sülh müqaviləsinin bağlanmasını şərt kimi irəli sürür".

M.Əsədullazadənin sözlərinə görə, ABŞ və Ermənistan rəhbərliyi isə, öz koorperativ siyasi maraqları üçün yarımçıq sülh müqaviləsini ortaya atıblar: "Qeyd edim ki, prezident İlham Əliyev MDB sammiti çərçivəsində  Paşinyandan fərqli olaraq Rusiya jurnalistinin "sülh müqaviləsi bu il bağlana bilər"-sualına bədən hərəkəti ilə" bilmirəm" cavabı verdi. Doğru olan budur! Azərbaycana "Yekun sülh müqaviləsi" lazımdır.

Seymur,

Sitat.info



Xəbər xətti