Millət vəkili Arzuxan Əlizadə Ermənistan ərazisində üzərində səlibçi xaçı olan dövlət bayrağı qaldırmasına münasibət bildirib.
Deputat Sitat.info-ya açıqlamasında bildirib ki, bu İrəvanın səlibçi niyyətindən xəbər verir: "Məlumdur ki, Ermənistanın dövlət bayrağı üzərində xaç təsviri yoxdur. Belə görünür ki, Ermənistan Azərbaycana qarşı səlibçi niyyətini ifadə etmək üçün dövlət bayrağı üzərində dəyişiklik etmək qərarına gəlib. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlandığı dönəmdə qondarma yaratdıqları bir qurumun bayrağı, əski parçası var idi. Ermənistanın indiki bayrağının üzərinə əlavə elementlər çəkərək, onu həmin qondarma qurumun bayrağına çevirmişdilər. Nəticə göz qabağındadır, artıq nə o bayraq var, nə də yaratdıqları qondarma qurum".
A.Əlizadə vurğulayıb ki, ermənilər xaç yürüşlərinin nəticəsiz qaldığını unudurlar: "Azərbaycanla sərhəddə qaldırılmış erməni bayraqlarının üzərindəki xaç işarəsi ermənilərin xaç yürüşlərinə işarə etdiyini göstərir. Amma görünür ağıl kəmliyi olan bu toplum onun da fərqində deyil ki, zamanında orta əsrlərə qədər davam etmiş xaç yürüşləri də nəticəsiz başa çatmışdı. O zaman da onları xaç yürüşlərinə təhrik edən bir sıra dövlətlərin kralları, başçıları əslində daha çox öz şəxsi maraqlarını, din pərdəsi altında öz şəxsi mənafelərini güdürdülər. Bu yürüşlər bir neçə dəfə olub və olanların yeganə qazancları bu olub ki, vaxtı-vaxtında çimməyi öyrəniblər, müxtəlif çini qablardan, ipək xalçalardan istifadə etməyi öyrəniblər. Bu kimi bir sıra mədəniyyət nümunələrini özlərinə əxs ediblər. Yəni, nəticədə başqa heç nə əldə edilməyib".
Millət vəkili hesab edir ki, xaç məsələsində Qərb dövlətlərinin də əli var: " Amma indi əgər müqayisəli şəkildə desək, o bayraqlarının üzərinə xaç işarəsini öz ağılları ilə çəkməyiblər. Böyük ehtimalla onların arxasında Fransa daxil olmaqla bir sıra Qərb ölkələri dayanır ki, indi də xaç işarəsini bayraqlarına qoymaqla Azərbaycana hansısa mesajlar ötürməyə çalışırlar. Necə ki, 30 il ərzində əldə ediblər və indi əldən çıxarıb hazırki vəziyyətlərinə düşüblər. Əgər yenidən Azərbaycana qarşı hər hansı təxribat aparmağa çalışsalar, bunun dəfələrlə artığını görəcəklər. Bundan ən böyük zərəri elə ermənilər özləri görəcək. Bu qondarma dövlət bu arealda özünü çox böyük sual altında qoymuş olacaq. Eyni zamanda əgıər bu baş versə, bu dəfə itkilərinin çox böyük olacağına onları əmin edirik."
A. Əlizadə əlavə edib ki, bu dəfə Azərbaycan Zəngəzur dəhlizini də nəzarətə alıb bufer zona yarada bilər:"Azərbaycanın öz sərhədləri boyunca təhlükəsizlik zonaları yaratmaq hüququ var ki, biz ölkəmizə qarşı təhdid törədilə biləcək həmin ərazilərdən artıq özümüz üçün bir təhlükəsizlik zonası da yarada bilərik. Bununla da Ermənistan gözünü açıb görəcək ki, Zəngəzur dəhlizi də, elə İravana qədər ərazidə tam olaraq Azərbaycan ordusunun nəzarəti altındadır. Bunu isə sadəcə təhlükəsizlik zonası yaradaraq edə bilərik. Ermənistan və Ermənistanı bu addımı atmağa sövq edən dövlətlər də bunun fərqində olmalıdır. Nəticələrin necə ola biləcəıyini düşünməlidirlər. Azərbaycan öz imzasını hamıya göstərib".
Ceyran İsmayılzadə,
Sitat.info