"Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinə Rusiya FTX nəzarət edəcəyini istisna etməyib. Halbuki Paşinyan Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini qəbul etmirdi. Hətta 10 noyabr Birgə Bəyannaməsinin qüvvədə düşdüyünü elan etmişdi. Görünür, Moskvada Putinlə Paşinyan arasında danışıqlarda Zəngəzur dəhlizinə nəzarətlə bağlı razılaşma əldə edilib".
Bu sözləri Sitat.info- ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, razılaşma əsasında Rusiya öz sərhəd qoşunlarını İranla sərhəddən çıxardı: "Həmçinin Türkiyə ilə sərhəddə Ermənistan sərhəd xidməti ilə Rusiya sərhədçiləri birgə xidmət aparacaq. ABŞ Paşinyanın bu qərarı ilə bağlı mövqe ortaya qoymayib. Orta dəhlizi Rusiyanın nəzarətinə vermək ABŞ, Türkiyənin və Böyük Britaniyanın da geosiyasi maraqlarına ziddir".
M.Əsədullazadə vurğulayıb ki, Rusiya üzərindən Orta dəhliz məlum hadisələrə görə işləmir: "Gürcüstan hökumət Rusiya ilə əlaqələri inkişaf etdirdiyi üçün ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Həmçinin Orta dəhlizin İran üzərindən reallaşmasini Qərb qəbul etmir. Paşinyanın bu qərarı Rusiyanın Ermənistanda və regionda mövqeyini güclənməsinə və Orta dəhlizə tam nəzarət etməsi demək olacaq. Rusiyanın da istədiyi bu idi. Görünür, Putin Paşinyanı ikitərəfli danışıqlarda iqtisadi və hərbi müstəvidə təhdid edib ki, sonuncu bele bir beynəlxalq bir layihəyə Rusiyanın nəzarət etməsinə razılaşıb".
Politoloq hesab edir ki, ümumiyyətlə, Rusiyanın Zəngəzur dəhlizinə nəzarəti Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab vermir: "Ermənistan baş naziri də yaxşı bilir ki, o çox məsuliyyətli və Ermənistan üçün təhlükəli bir prosesə razılıq verib. Ona görə də növbəti prosesdə Paşinyan öz mövqeyindən geri çəkilə bilər. ABŞ bu xüsusda Ermənistan hakimiyyəti ilə sıx işləyəcək. Çünki Rusiyanın Zəngəzur dəhlizinə nəzarət edəcəksə, Rusiya və Gürcüstan üzərindən, həmçinin İran üzərindən Orta dəhlizin bağlanmasına nə ehtiyac var idi?! Ona görə də, ABŞ Ermənistani bu qərarından imtina etməyə sövq edə bilər".
Məğrur,
Sitat.info