"Ermənistanda hakimiyyət kürsülərindən istefaları ilk baxışda Nikol Paşinyan administrasiyasının ləngiyən islahatlarının nəticəsi kimi qiymətləndirmək olar. Ancaq bu fikir istefaların məğzini və dəqiq səbəblərini tam açıqlamır. İstefaların trayektoriyasını başa düşmək üçün həm də prosesə Paşinyanın Rusiyaya səfəri ərəfəsində və səfərdən sonrakı norması prizmasından baxmaq lazımdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Aqşin Kərimov deyib.
O bildirib ki, əgər istefaların siyahısı Kremlin məxfi seyfində hazırlanıb Paşinyana təqdim edilibsə, bu, İrəvanın Moskva maraqlarına təsirli qayıdışı kimi şərh oluna bilər: "Ermənistanın Rusiya normalarına doğru irəliləyişinin davamlı olacağı açıq sual olaraq qalmaqdadır. Hətta fərz etsək ki, bu istefalar Rusiya amili ilə əlaqəlidir, yenə də Paşinyanın Qərbə meylini gücləndirə biləcəyi yüksək ehtimal olaraq qalmaqdadır. Hər halda, istefalar Ermənistanın Paşinyanın timsalında sistemli dövlət qura bilməkdə çətinliklə qarşılaşdığının nümunəsidir".
Nigar,
Sitat.info