İlham Əliyevin prezidentlik fəaliyyətinin 21 ili: Bu dövrdə Azərbaycan necə bir inkişaf dövrü keçib?

14:32 15 Oktyabr 2024

"Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçildiyi tarixdir. Müzəffər Ali Baş Komandanımızın 21 il öncə ilk dəfə Prezident seçilən zaman müəyyənləşdirdiyi hədəflər artıq reallaşıb: Azərbaycan öz tarixi ərazilərində suverenliyini tam bərpa edib. Son 21 ildə Azərbaycan iqtisadiyyatının, eləcə də sosial təminat sisteminin kifayət qədər güclənməsi müşahidə olunub. 2003-cü ildə Azərbaycanda ÜDM-in dollar ekvivalentində məbləği cəmi 7 milyard dollar idisə, bu gün həmin məbləğ 73 milyard dollardır. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları həmin dövrdə 2 milyard dolardan az idi. Ötən il bu rəqəm 70 milyard dollara çatıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı alim, deputat Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, həm rəqəmlər, həm də ölkəmizdə formalaşan infrastruktur göstərir ki, son 21 ildə Azərbaycan kifayət qədər fərqli bir dövr keçib: "Bu dövr Azərbaycan iqtisadiyyatının güclənməsi, qeyri-neft sektoru üçün imkanların genişlənməsi, eyni zamanda, ölkəmizin Cənubi Qafqazda aparıcı iqtisadi gücə çevrilməsi anlamına gəlir. Bütün bunlar Azərbaycanda yeni hədəflərin formalaşmasına gətirib çıxarıb, son 21 il isə dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş hədəflərə nail olunmasına imkan yaradıb. Həm iqtisadi, həm siyasi strategiyanın reallaşması, eyni zamanda, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası mümkün olub".

V.Bayramovun sözlərinə görə, yeni dövrün yeni hədəfləri Azərbaycan iqtisadiyyatı üçün vacib imkanlar deməkdir: "Yeni hədəflər kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik. Azərbaycanda yeni dövr, daha sürətli iqtisadi inkişaf deməkdir".

Məğrur,

Sitat.info



Xəbər xətti