İşğaldan azad olunmuş Füzulidə bu gün ilk dəfə akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq turnir keçiriləcək.
Sitat.info xəbər verir ki, "Mingəçevir reqatası-2024”ün növbəti yarışları Aşağı Köndələnçay su anbarında gerçəkləşəcək.
Turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
Ötən gün Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start götürən reqatanın ilk günündə Azərbaycan təmsilçiləri 9 medal (2 qızıl, 3 gümüş, 4 bürünc) əldə ediblər.
Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür. Yarış oktyabrın 18-də Mingəçevirdə başa çatacaq./Report