"Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər sülh müqaviləsindən çıxarılaraq, sonrakı mərhələyə saxlanılıb. Yəni sülh müqaviləsi bağlandıqdan sonra tərəflər bununla bağlı razılaşma əldə edəcəklərlər. Hazırda prosesi gündəliyə gətirən Rusiya tərəfidir. Bununla bağlı Rusiya və Ermənistan arasında siyasi polemika davam edir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Nikol Paşinyan Rusiyanın bu yola nəzarət etməsində maraqlı deyil: "Yekunda Zəngəzur dəhlizi açılacaq və bu yola iki dövlət nəzarət edəcək. Proses sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələyə saxlanılıb. Müzakirə edilən əsas problem, sülh müqaviləsinin bir neçə bəndinin İrəvan tərəfindən qəbul edilməsidir. Bununla da yekun sülh müqaviləsi bağlana bilər".
Nigar,
Sitat.info