"Yəhya Sinvar HƏMAS lideri təyin olunan məqamda onun tezliklə İsrail tərəfindən öldürülə biləcəyini proqnozlaşdırmışdım. İndi diqqəti bir az fərqli məcraya yönəltmək lazımdır. İsrail Avropadan ona olan basqılara cavab olaraq kəşfiyyat əməliyyatı ilə hesabatların ortaya çıxmasına nail oldu. Söhbət Avropa Liderlik Şəbəkəsi (ELNET) tərəfindən yayımlanan hesabatlardan gedir və yüksək ehtimalla Avropa ölkələrində fəaliyyət göstərən HƏMAS-a bağlı təşkilatlar və şəxslərin geniş şəbəkəsinin ifşasında İsrail kəşfiyyatının da rolu olub".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
o bildirib ki, buradan bir neçə qənaətə gəlmək mümkündür:
- HƏMAS-ın təşkilatlanması və maliyyələşdirilməsi Yaxın Şərq siyasətində təkcə İran üçün deyil, həm də regionda maraqları olan digər güclər üçün də lazımlıdır,
- HƏMAS-a dəstək olan qüvvələrin mötədilləşdirməyə məcbur etmək İsrailin indiki siyasətinin aparıcı xəttinə çevrilib,
- Sinvarın ölümü İsrailin maksimalist ideallarını stimullaşdıracaq bir aktdır və tədricən hətta HƏMAS-a dəstək olan dövlətlər belə Təl-Əvivlə güzəşt masasına oturmağa məcbur ola bilər".
A.Kərimov bildirdi ki, burada zamanlama məsələsinə də diqqət çəkməkdə fayda var:
"İsrailin Sinvarın ölümünü zamanlaması İranın kəşfiyyat xidmətlərinin tənqidlərlə üzləşməsi fonunda maraq kəsb edir. Belə ki, İsrail İranda SEPAH daxili şübhə trayektoriyasını yönləndirmək və onu şiddətləndirməklə Tehranı daxildən zəiflədən kodeksini işə salır. Yəni İran İsrail agentlikləri ilə əməkdaşlıqda ittiham olunan kəşfiyyat rəsmiləri ilə bağlı bir sıra yüksək səviyyəli iddialarla üzləşdiyi zamanda Sinvarın ölümü bu prosesə əlavə rəng qatacaq, İsrailin İran və onun proksi oxlarına qarşı bu qədər hücumundan sonra İranın daxilində hakimiyyətdaxili rəqabətdə qazanclı çıxan əsas şəxs Seyid Əli Xameneidir...".
Seymur,
Sitat.info