"İsrailin "Həmasa" və "Hizbullaha" qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda mülki infrastrukturu hədəf alması, humanitar və insan qətliamı ilə müşayiət olunur. Həmasın liderləri İsmail Haniyə, Yəhya Sinvarin öldürülməsi bu təşkilati zəiflətməyəcək. Qəzzaya bomba atdıqca, atası, anası, qardaşi, bacısı ölən uşaqlardan yeni İsmail Haniyə, Yəhya Sinvar böyüyəcək.
Nə qədər ki, Fələstin xalqının beynəlxalq hüquq çərçivəsində İsrail tərəfindən haqları tanınmırsa, Fələstin dövlətini tanımayacaqsa, İsrailə qarşı yeni liderlər yetişib müharibə aparacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, artıq İsrail boşalır: "Yəhudilər gəldikləri Avropaya və ABŞ-a yenidən qayıdır. Demək olar ki, Qəzza yer üzündən silinib, Fələstin xalqı dünyanın gözü qarşısında soyqırıma məruz qalır. İsrailin Yaxın Şərqdə həyata keçirdiyi insani cinayətlərin əsas məqsədi uydurma "Vəd olunmuş torpaqlar" ideologiyasına əsaslanır. Bu da bizim qardaş Türkiyənin ərazi bütövlüyünü və suverenliyini təhdid edir. Biz Türkiyənin ərazi bütövlüyünü təhdid edən PKK/YPG terror təşkilatı üçün dövlət qurmaq istəyən İsraillə əlaqələri yenidən nəzərdən keçirməliyik".
Politoloq əlavə edib ki, İsrail istəsəydi "Həmas" və "Hizbullaha" qarşı nöqtə əməliyyatlari keçirə bilərdi: " Amma, bu da çıxış yolu deyil. Çıxış yolu isə, müstəqil Fələstin dövlətinin yaradılmasıdır. Oslo razılaşmalarını pozan, sülh masasından qacan və Fələstini tanımaq istəməyən İsrail administrasiyasıdir. Həmas və Hizbullah İranı dəstəkləyir. İsrail Fələstini tanıyardısa, Həmas və Hizbullah da yaranmayacaqdı. İranda bundan istifadə etməyəcəkdi. Bu əməliyyatlardan sonra, Fələstin dövlətinin yaradılması deyilir. Qəzzada idarəçilik Fələstin adminstrasiyasına verilməsi nəzərdə tutulur. Bu planın da qarşısı alınarsa, Yaxin Şərqdə siyasi və hərbi böhran davam edəcək və İsrailin təhlükəsizliyinə təhdid olaraq qalacaq".
Məğrur,
Sitat.info