Sülh yaxındır: Zəngəzur dəhlizi ilə bağlı Kalininqrad variantı razılaşdırıla bilər

18:10 22 Oktyabr 2024

"Ermənistan Parlamentinin sədri Alen Simonyan Azadlıq radiosuna müsahibəsində Azərbaycanın təklif etdiyi Kalininqrad variantını gündəmə gətirdi. Kalininqrad formulunu Azərbaycan Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən maneəsiz gediş -gəlişə əsaslanır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, məhz Rusiya Avropada anklavı olan Kalininqrad vilayəti ilə maneəsiz gediş -gəlişə malikdir: "Göründüyü kimi, Ermənistan bu təklifə razıdır. Azərbaycan vətəndaşlarının getməsi və yüklərin göndərilməsi sərbəst şəkildə, yoxlama olmadan həyata keçiriləcək. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar gedir. Əgər, Ermənistanla Azərbaycan arasında Zəngəzur dəhlizi məsələsində razılıq əldə edilərsə, əldə olunan razılaşmalara uyğun olaraq sülh müqaviləsi bağlana bilər".

M.Əsədullzadə hesab edir ki, bu zaman konstitusiya dəyişikliyi məsələsi ikinci mərhələyə saxlanıla bilər: "Digər, məsələlər isə, Konustitusiya və qanunvericilik bazasında dəyişiliklər edilməsidir ki, bu növbəti danışıqlar prosesi əsasında da həll edilə bilər. Ermənistan Konstitusiyanın dəyişilməsinə gedəcək. Buna etiraz etmir. Amma, Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılıqları var".

Məğrur,

Sitat.info



Xəbər xətti