İtaliyanın “Yuventus” klubu sosial media hesabında Arda Güləri transfer etdiyini açıqlayıb. Lakin çox qısa müddət sonra komandanın rəsmi “X” səhifəsinin oğurlandığı bildirilib və xəbərin yalan olduğu deyilib.
Sözügedən paylaşım qısa müddətdə qalmaqala səbəb olub. “Real Madrid” rəsmiləri Arda ilə bağlı postun reallığı əks etdirmədiyini təsdiqləyib.
“Yuventus” Arda Gülərin transferi ilə bağlı “kral klubu”na bir neçə dəfə müraciət etsə də, cəhdlər uğursuz olub. “Real Madrid” 19 yaşlı yarımmüdafiəçinin keçidinə müsbət yanaşmır./Yenisabah.az/