Bu ölkə Ukraynada PUA zavodu açır - "Rusiya üçün qanuni hədəfə çevriləcək"

12:41 28 Noyabr 2024

Finlandiyanın “Summa Defence” hərbi şirkəti Ukrayna və NATO ölkələrinin Silahlı Qüvvələrini təchiz etmək üçün pilotsuz uçuş aparatları (PUA) istehsalı zavodu açacaq.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə “Summa Defence” hərbi şirkətin baş direktoru Jussi Holopainen bildirib.

“Dron texnologiyasına və istehsal gücünə tələbat yüksəkdir, PUA-lar təkcə Ukraynaya deyil, həm də Avropa İttifaqı və NATO ölkələrinə tədarük ediləcək”, - deyə bildirilib.

Yeni zavod "Summa Defence"in və bir neçə ukraynalı istehsalçının birgə layihəsi olacaq. Şirkət həmçinin dənizdə pilotsuz döyüş sistemləri yaratmaq niyyətindədir.

İstehsalın başlanması 2025-ci ilin birinci yarısına planlaşdırılır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə qeyd edib ki, Kiyev üçün silah istehsal edən istənilən ölkə Rusiya üçün qanuni hədəfə çevriləcək.

Məğrur,

Sitat.info



Xəbər xətti