UEFA AFFA-ya 11 milyon avro ayırdı

12:24 13 Fevral 2026

Avropa futbol qurumu ötən mövsümün yekunlarına əsasən, AFFA-ya ümumi dəyəri 11 milyon 54 min avro olan maliyyə vəsaiti ayırıb.

Sitat.info xəbər verir ki, sözügedən rəqəmlər UEFA-nın 2024/25-ci illər mövsümü üçün dərc etdiyi maliyyə hesabatında öz əksini tapıb.

Bu məbləğin 2 milyon 980 min avrosu illik həmrəylik ödənişi qismində Azərbaycan milli komandası üçün nəzərdə tutularaq assosiasiyanın balansına köçürülüb.

Avropa kuboklarının əsas mərhələlərindən kənarda qalan klublara dəstək məqsədilə həmrəylik proqramı üzrə 4 milyon 802 min avro ödənilib.

Həmçinin, Avropa Liqasında (1 milyon 37 min avro) və Konfrans Liqasında (2 milyon 185 min avro) çıxışını dayandıran komandalara ümumilikdə 3 milyon 222 min avro ayrılıb. Qadın futbolçulardan ibarət komandaların Çempionlar Liqasında iştirak etməyən klubları üçün nəzərdə tutulan həmrəylik ödənişi isə 50 min avro həcmində olub.

Xatırladaq ki, sözügedən həmrəylik vəsaitləri avrokubokların qrup və ya ümumi mərhələlərində iştirak etməyən yüksək liqa təmsilçiləri arasında bərabər şəkildə paylanır.



Xəbər xətti