Pentaqonun yeni bir hücum hazırlığında olduğu iddiaları və Vaşinqtonun iqtisadi təzyiq strategiyası fonunda ABŞ ilə İran arasındakı gərginlik artır. ABŞ Prezidenti Donald Tramp, İranın “razılaşma üçün can atdığını” iddia edir. 1973-cü il tarixli qanunun verdiyi 60 günlük müddət bu gün başa çatır.
ABŞ və İran arasındakı hərbi və diplomatik qarşıdurma yeni mərhələyə keçir. Vaşinqtondan gələn məlumatlar göstərir ki, ABŞ rəhbərliyi həm hərbi hazırlıqları davam etdirir, həm də iqtisadi təzyiq yolu ilə Tehranı danışıqlara cəlb etməyə çalışır.
Pentaqondan yeni hücum planı
ABŞ mediasında yayılan və Vaşinqton mənbələri tərəfindən təsdiqlənən məlumatlara görə, Pentaqon prezident Donald Trampa İranla bağlı yeni hücum planı təqdim edib. Bu planın əvvəlkilərlə müqayisədə daha qısa müddətli, lakin daha dağıdıcı olacaq.
Hərbi ekspertlər bildirir ki, bu hazırlıq çəkindirmə məqsədi daşıyır. Lakin bölgədə yeni qarşıdurmanın İsrail və Körfəz ölkələrini də əhatə edən genişmiqyaslı müharibəyə çevrilmə riski var.
Trampın "İran yalvarır" iddiası
Prezident Donald Tramp Ağ Evdəki çıxışında bildirib ki, İrana qarşı tətbiq olunan strategiya nəticə verir. Hörmüz boğazı üzərindəki blokada və iqtisadi sanksiyalar İran iqtisadiyyatına ciddi təsir edib. Onun sözlərinə görə, Tehran rəhbərliyi danışıqlara başlamaq üçün “can atır”.
Tramp atəşkəsi dayandırmaq məsələsində tələsmədiyini açıq deməyib. Amma o, ABŞ-ın “maksimum təzyiq” siyasətinin işlədiyini vurğulayıb.
Hüquqi müddət bitir
Vaşinqtonda əsas müzakirə mövzularından biri də 1973-cü il tarixli qanundur. ABŞ qanunlarına görə, hökumət Konqresin razılığı olmadan maksimum 60 gün hərbi əməliyyat apara bilər.
İranla bağlı bu 60 günlük müddətin bu gün başa çatır. Hüquqşünaslar və Tramp administrasiyası arasında fikir ayrılığı var:
-
Administrasiya bildirir ki, atəşkəs bu müddəti dayandırır və əlavə 30 günə ehtiyac yoxdur.
-
Hüquqşünaslar isə deyir ki, atəşkəs müddəti dayandırmır və hökumət Konqresə müraciət etməlidir.
Qeyd olunur ki, belə müraciət yalnız qoşunların təhlükəsiz geri çəkilməsi üçün istifadə edilə bilər.
Regional vəziyyət
Gərginliyin əsas nöqtəsi yenə də Hörmüz boğazıdır. İran və ABŞ-ın limanlara qarşı qarşılıqlı blokada cəhdləri qlobal enerji təchizatı üçün risk yaradır.
Digər tərəfdən, İsrailin İranın nüvə proqramına qarşı ABŞ-a tam dəstək verdiyi bildirilir. Mümkün hərbi addımlar zamanı bölgədəki müttəfiqlərin koordinasiyalı şəkildə hərəkət etdiyi qeyd olunur.
Ekspertlər hesab edir ki, qarşıdakı həftə Vaşinqton və Tehran münasibətlərində kritik dönüş nöqtəsi ola bilər.
Nərgiz Liftiyeva,
Sitat.info