"Ölkədə təəssüf ki, inflyasiya böyük sürət alıb. Bu təkcə Azərbaycanda belə deyil. Bütün dünyada inflyasiya prosesi müşahidə olunur".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, inflyasiyanın sürətli artımı kredit faizlərini də artıra bilər: "Bu faizlərin artması təhlükəsini yaradır. Çünki kimsə birinə borc verirsə və pulun dəyərinin düşdüyünü, borcunu geri alanda pulun eyni dəyərdə olmayacağını bilirsə faizi artırmağa meylli olur. Amma Azərbaycanda faizlər kifayət qədər yüksəkdir. O səbəbdən banklar hələlik faizləri artırmağa cürət etmirlər".
İqtisadçı vurğuladı ki, bu il olmasa da, növbəti ildə faizlər arta bilər: "Güman etmirəm ki, bu il faizlər artsın. Amma bu minvalla davam etsə, inflyasiya kəskinləşsə faizlər arta bilər".
Nərgiz,
SİTAT.İNFO