Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə rəsmi müqavilə bağlayıb.
“Sitat.info” klubun saytına istinadən xəbər verir ki, nigeriyalı Abdullahi Şuaybu komandaya keçib. 20 yaşlı yarımmüdafiəçi ilə sonradan bir il də artırılması mümkün olan bir illik (1+1) müqavilə imzalanıb.
Qeyd edək ki, Şuaybunun son komandası Moldovanın “Saksan” klubu olub.