"Qəbələ"nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Sitat.infoKlubun mətbuat xidmətindən verilən məlumata görə, "Sabah"a qarşı Premyer Liqanın XII tur oyununda sıradan çıxan Rafael Santosla Rövlan Muradovun vəziyyəti normaldır. Hər iki yarımmüdafiəçi bugünkü məşqdə iştirak edib.
Dizində gərilmə olan Rafael Utziqin durumu isə tam dəqiqləşməyib. MRT müayinəsindən keçən braziliyalı orta xətt oyunçusu üçün əlavə müayinələrə ehtiyac duyulub. Sabah futbolçunun zədəsinə bir daha baxılacaq.
Qeyd edək ki, "Sabah" - "Qəbələ" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.