Argentina millisinin ulduz futbolçusu Lionel Messi Fransanın PSJ klubundan ayrılmaq istəmir.
Sitat.info "LEquipe" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu hansısa böyük turnirin qalibi olmadan Paris təmsilçisi ilə vidalaşmaq niyyətində deyil.
Mənbənin sözlərinə görə, argentinalı oyunçu fransız dilini öyrənməyə davam edir və hətta bəzən övladlarının da bu dildə danışması üçün çalışır.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ildə başa çatmalıdır. Tərəflər sözləşmənin yenilənməsi üçün danışıqları davam etdirirlər. Forvard bu komandanın heyətində Fransa çempionu olub və ölkə Superkubokunu qazanıb.