"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

21:41 2 Noyabr 2022

"Formula 1" üzrə Braziliya Qran-prisi ləğv edilə bilər.

Sitat.info-nun məlumatına görə, bu barədə "PitLane" telekanalının əməkdaşı Pedro Fermin Flores paylaşım edib.

O bildirib ki, prezident seçkilərindən sonra ölkədə baş verən iğtişaşlar yarışın baş tutmasını sual altına salıb.

İddiaya görə, "Formula 1" və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəhbərliyi yaranmış vəziyyətdən narahatdır. Qran-pri ilə bağlı yekun qərar ümumi durum qiymətləndirildikdən sonra veriləcək.

Qeyd edək ki, Braziliya Qran-prisi 11 - 13 noyabrda keçirilməlidir.



Xəbər xətti