Məşhur futbolçu karyerasını başa vurur

23:19 3 Noyabr 2022

İspaniya millisinin və “Barselona”nın futbolçusu Jerar Pike peşəkar karyerasını bitirir.

 

Sitat.info xəbər verir ki, bu haqda futbolçu sosial şəbəkədə qərarını elan etdiyi video yayımlayıb.

O, İspaniya çempionatının 13-cü turunun “Almeriya” ilə qarşıdakı matçının onun Kataloniya klubunda sonuncu oyunu olacağını açıqlayıb.

Qeyd edək ki, karyerası ərzində Pike “Barselona” ilə birlikdə səkkiz dəfə İspaniya çempionu, üç dəfə Çempionlar Liqasının qalibi olub. İspaniya millisinin tərkibində o, 2010-cu il dünya çempionatı və 2012-ci il Avropa çempionatının qalibi olub.



Xəbər xətti