Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

09:59 7 Noyabr 2022

Argentinada "Boka Xuniors" və "Rasinq" arasında keçirilən Çempionlar Kubokunun final oyununda 10 futbolçu qırmızı vərəqə alıb.

"Report"un məlumatına görə, qarşılaşmanın əsas vaxtında hər iki komandadan bir oyunçu meydandan qovulub. Həmin vaxt hesab bərabər olub - 1:1

118-ci dəqiqədə "Rasinq"in qolundan sonra insident baş verib. Baş hakim Fakundo Tello daha bir neçə futbolçuya qırmızı vərəqə göstərib.

"Boka Xuniors"un 7 üzvü meydandan kənarlaşdırıldığı üçün "Rasinq" qalib elan edilib.



Xəbər xətti