DÇ-2022: Argentina yığmasının heyəti açıqlanıb

19:19 11 Noyabr 2022

Futbol üzrə Argentina millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti bəlli olub.

Sitat.info Argentina Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Lionel Skaloni yekun “26-lığ”ı müəyyənləşdirib.

Siyahıya 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 7 hücumçu daxil edilib.

Qeyd edək ki, Argentina millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Meksika, Səudiyyə Ərəbistanı və Polşa ilə birlikdə C qrupunda mübarizə aparacaq.



Xəbər xətti