Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

22:22 14 Noyabr 2022

Güləş üzrə 2023-cü il dünya çempionatına ev sahibliyi Azərbaycana verilməyib.

Mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Yarışı təşkil etmək üçün bu iki ölkə ilə yanaşı, Türkiyə də namizədliyini irəli sürmüşdü.

Qeyd edək ki, dünya çempionatının gələn il 16 - 24 sentyabrda keçirilməsi planlaşdırılır. Amma sentyabrın 23-də start götürəcək Asiya Oyunları ilə bağlı yarışın vaxtında dəyişiklik edilə bilər.//oxu.az



Xəbər xətti