“Həyatımın ən çətin vaxtı idi! Küllərini hələ də evimdə saxlayıram...” - Ronaldonun ürəkdağlayan sözləri

14:04 16 Noyabr 2022

Portuqaliya ilə dünya çempionatına hazırlaşan Kriştiano Ronaldonun Pirs Morqana verdiyi müsahibə dünya futbolunu silkələyib. “Mançester Yunayted”ə qayıtdıqdan sonra Ronaldo çalışdığı məşqçilər, onu tənqid edən keçmiş komanda yoldaşları və rəhbərlik haqqında çılğın açıqlamalar verib.

 

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, müsahibənin yeni hissəsi yayımlanıb. 37 yaşlı ulduz futbolçu həmin hissədə aprel ayında dünyaya gələn əkizlərdən oğlunun ölümündən sonra yoldaşı Georgina Rodriguez ilə yaşadıqlarından danışıb:

“Yeni doğulmuş oğlumun ölümü həyatımda yaşadığım ən ağır hadisə idi. Qızımız Bella sağlam doğuldu, amma oğlumuz Angel vəfat etdi. Georgina ilə evə qayıdanda yeni bacı-qardaşlarını səbirsizliklə gözləyən uşaqlar bizimlə ancaq Bellanı görəndə qardaşlarının harda olduğunu soruşdular. 12 yaşlı böyük oğlum Cristiano Jr. Vəziyyəti anlayan zaman otağına keçib ağlamağa başladı. Eva, Mateo və Alana Martinaya vəziyyəti izah etməli olduq. Onlar Georginanın ətrafında qaçaraq digər körpə haqqında soruşmağa davam etdilər. Təxminən bir həftə sonra baş verənləri onlara mümkün qədər aydın şəkildə söylədik. Biz dedik ki, onların qardaşı Angel indi cənnətdədir.

Bu hadisədən sonra daha yaxşı ata olduğumu başa düşdüm. Mən onlara daha yaxın idim, onlar da atalarına daha yaxın oldular. Georgina ilə də yaxınlaşdıq. Biz xoşbəxtliyi və kədəri birlikdə paylaşmağı öyrənən insanlara çevrilmişik. Son 6 ay çox çətin keçdi. Deyə bilərəm ki, həyatımın ən çətin vaxtı idi. Fikirləşin, bir tərəfdən qız övladı dünyaya gəldiyi üçün xoşbəxtsiniz. Amma digər tərəfdən onunla doğulan oğlunuz dünyasını dəyişdi. Bunu sözlə ifadə etməkdə belə çətinlik çəkirəm.

Oğlum Angelin külünü öz evimdə saxlayıram. Evimin altında kiçik bir kilsə var, orada. Atamın külünü də orada saxlayıram. Oğlumun külünü onun yanına qoydum. Mən onların külünü dənizə, okeana atmaq istəmədim. Ömrümün sonuna qədər mənimlə olacaqlar. Hərdən özümlə Angelin külünü götürüb danışıram. Bu məni daha sakit, daha yaxşı insan və ata edir”.

/Manset.az



Xəbər xətti