NATO: "Çin Rusiyanın işğalını qınamalıdır"

16:48 16 Noyabr 2022

"Çin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini qınamalıdır".

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 16-da Şimali Atlantika Şurasının iclasından sonra bildirib.

O deyib, Çin Rusiyanın mövqeyini dəstəkləyir: "Bu, doğru deyil. İndiki hadisələrə görə məsuliyyət daşıyan Rusiya Prezidenti Vladimir Putindir".

Y.Stoltenberqin sözlərinə görə, müharibə danışıqlar masasında başa çatacaq: "Nəticə isə hərb meydanındakı vəziyyətdən asılı olacaq. Əgər Ukrayna lideri Volodimir Zelenski və onun komandası təslim olarsa, bu, Ukraynanın müstəqilliyinə təhlükə yaradar".

Baş katib NATO-nun Ukraynanın yanında olduğunu bildirib.

Seymur, 

SİTAT.İNGO



Xəbər xətti