ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka Tramp dünən axşam atasının namizədliyini açıqlandığı vaxtda 2024-cü il ABŞ prezident seçkiləri kampaniyasında iştirak etməyəcəyini açıqlayıb. İvanka Tramp bu dəfə şəxsi həyatına üstünlük verəcəyini bildirib.
Sitat.info xəbər verir ki, İvanka atasının namizədliyini elan etdiyi gecə sosial media hesabında yazıb: “Mən həmişə atamı sevəcəm və dəstəkləyəcəm, lakin bundan sonra bunu siyasi arenadan kənarda edəcəm”.
Bu dəfə ailə olaraq kiçik övladlarına və şəxsi həyatına üstünlük verəcəyini deyən İvanka Tramp, “Siyasətə girmək fikrində deyiləm” ifadəsini işlədib.
İvanka Tramp bildirib ki, o, hazırda Mayamidə özəl sektorda işləyir, həyatının ən gözəl anlarını yaşayır.
Qeyd edək ki, İvanka Tpram həyat yoldaşı ilə Donald Trampın 2016-cı il seçki kampaniyasını dəstəkləyib və Ağ Evdə olarkən baş məsləhətçi kimi fəaliyyət göstərib.
Nərgiz,
SİTAT.İNFO