İranda insanlara atəş açıldı: 5 nəfər öldü - ANBAAN VİDEO

01:14 17 Noyabr 2022

İranın Xuzistan şəhərində motosikletlərdə olan bir neçə nəfər bazarda insanlara və polis əməkdaşlarına avtomat silahla atəş açıb.

Sitat.info xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, terror aktı nəticəsində biri uşaq və biri qadın olmaqla, 5 nəfərin ölüb, 10 nəfər yaralanıb. Yaralılar arasında polislər də var.

Yaralılardan bir neçəsi çox ağır vəziyyətdədir./Axar.az



Xəbər xətti