İran rejimi tərəfindən həbsə atılan Güney azərbaycanlı media və siyasi fəal Hüseyn Rövnəqinin həbsxanada vəziyyətinin pisləşməsindən bir neçə gün keçib və onun müxtəlif xəstəxanalara köçürülməsi ilə bağlı fərziyyələr var, lakin hazırkı durumu və müalicə prosesi hələ də naməlum olaraq qalır.
Sitat.info xəbər verir ki, qardaşı Həsən Rövnəqi özünün “Twitter” hesabında qardaşının vəziyyətinin pisləşməsi barədə məlumat verib və Hüseynin bağırsaq spazmından əziyyət çəkdiyini, əlil arabasında həbsxananın tibb mərkəzinə aparıldığını yazıb.
Səid İsaoğlu,
Sitat.info