Ukrayna ordusu rus hərbçilərinin Melitopol şəhərindəki qərargahına zərbələr endirib.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Dəqiq məlumata əsasən, noyabrın 15-də hərbçilərimiz rus ordusunun Melitopoldakı qərargahını darmadağın ediblər. Bundan başqa ordumuzun Zaporojye vilayətinin Konskie Rozdorı, Vladovka və Blaqoveşenka yaşayış məntəqələri ərazilərində keçirdiyi əməliyyatlar nəticəsində iki silah-sursat anbarı, iki BM-21 Qrad qurğusu və bir S-300 zenit-raket kompleksi məhv edilib”, - məlumatda qeyd olunub.
Məlumata görə, 100-dən çox ölən və yaralanan var.
/Axar.az