"Əvvəlcə bütün işğal olunmuş əraziləri azad edib sonra danışıqlar aparacağıq" - Ukrayna rəsmisi

16:30 17 Noyabr 2022

Hərbi məğlubiyyətlər Rusiyanı Ukrayna hakimiyyəti ilə danışıqlar aparmağa vadar edir

Rusiyada insanlar nə baş verdiyini anlamağa başlayıblar.  Rusiyanın cəbhədəki hərbi məğlubiyyətləri Kremlin Ukrayna hakimiyyəti ilə danışıqlar aparmaq cəhdlərini gücləndirir.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ilkin danışıqlar yalnız yeni müharibəyə gətirib çıxarıb.

"Bizim bütün istiqamətlərdə fəaliyyətimizin bir məqsədi var: Rusiyanın işğal etdiyi bütün rayonların tamamilə geri alınması. Bizim əsas qüvvələrimiz fevralın sonunda Ukraynanın şərqində idi. Əsas döyüş meydanı cənub deyil, Donbass idi. Sonra Minsk var idi. Danışıqlar isə müvəqqəti işğal olunmuş Donbasla bağlı məsələnin həllinə yönəldi. Nəticə yeni müharibə oldu. Ona görə də bugünkü məqsədimiz başqadır: əvvəlcə bütün işğal olunmuş əraziləri azad edirik, sonra danışıqlar aparırıq".  
Skibitskinin sözlərinə görə, Rusiyada insanlar nə baş verdiyini anlamağa başlayıblar: " Putinin indi daha az resursu, daha az gücü, daha az dostu var".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti