Avrozonada inflyasiya bütün zamanların ən yüksək həddinə çatıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının Statistika İdarəsi olan "Eurostat" oktyabr ayı üçün inflyasiya məlumatlarını paylaşıb.
Hesabata görə, avrozonada istehlak qiymətləri oktyabr ayında sentyabra 1,5, faiz, ötən ilin oktyabr ayına görə isə 10,6 faiz artıb. Aylıq artım tempi Rusiya-Ukrayna müharibəsinin başladığı mart ayında müşahidə edilən 2,4 faizlik artımdan sonra ən sürətli oldu.
Yenə də enerji qiymətlərinin artması və avronun zəifləməsi fonunda faiz dərəcəsi rekord həddə olub, özəlliklə Avropa Mərkəzi Bankının 2 faiz hədəfindən xeyli yüksək olub.
Qida və enerji istisna olmaqla hesablanan əsas inflyasiya isə 5 faiz olmaqla ötən dövrlərin ən yüksək səviyyəsinə çatıb.
Avro-dollar pariteti məlumatlara kritik reaksiya verməyib və 1.0365 səviyyəsində alınıb -satılır.
Nərgiz,
SİTAT.İNFO