Çavuşoğlu: “Ərdoğan Putin və Zelenski ilə təmaslarını davam etdirəcək”

22:34 17 Noyabr 2022

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu taxıl sazişinin müddətinin uzadılmasını şərh edib.

O, hər kəsin bu razılaşmaya əməl etməli olduğunu bildirib.

“Taxıl sazişi daha 120 gün müddətinə uzadılıb. Bu, qarşılıqlı etimadın artırılması istiqamətində atılmış müsbət addımdır. Hər kəs bu sazişə əməl etməlidir. Ümidvaram ki, yaxın zamanlarda tərəflər arasında atəşkəs razılaşması da əldə olunar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə təmaslarını davam etdirəcək”, - deyə XİN rəhbəri vurğulayıb.//oxu.az



Xəbər xətti