İranda zəlzələ baş verib

22:23 17 Noyabr 2022

İranın cənubundakı Hörmüzqan əyalətində 5 bal gücündə zəlzələ baş verib.

Sitat.info İranın rəsmi İRNA agentliyinə istinadən xəbər verir ki,  episentri Hörmüzqan əyalətinin Bender Lenge şəhərinin Bender Konq bölgəsində olan zəlzələ yerli vaxtla saat 17:29-da qeydə alınıb.

Bildirilib ki, 5 bal gücündə zəlzələ 16 kilometr dərinlikdə baş verib. Can və mal itkisi barədə məlumat verilməyib.

Hörmüzqan Qubernatorluğunun Böhranların İdarə Edilməsi üzrə Baş Meneceri Mehrdad Həsənzadə, vəziyyətin qiymətləndirilməsi üçün qrupların Bender Konqa göndərildiyini və lazımi yardımın göstərilməsi üçün işlərə başlanıldığını açıqladı.

Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı barədə məlumat yoxdur.

Seymur Bənnayev

SİTAT.İNFO



Xəbər xətti