“Fevral ayında müharibə başlayandan Ukrayna infrastrukturuna 100 milyard dollar həcmində zərər dəyib”.
Sitat.info-nun məlumatına görə, bunu “Bloomberg”in efirində Ukraynanın maliyyə naziri Sergey Marçenko açıqlayıb.
“Ümumi zərəri qiymətləndirmək olduqca çətindir, belə ki, infrastruktur hər gün hücumlara məruz qalır”, - deyə Marçenko qeyd edib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi noyabrın 15-i Ukraynaya yüksəkdəqiqlikli silahlarla genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb. Nəticədə isə Ukraynada 30 obyektə ziyan dəyib. Bundan əvvəl isə noyabrın 10 və 11-i də Ukrayna ərazisində genişmiqyaslı hücumlar edilib. Bu zaman ölkənin 5 bölgəsində elektrik enerjisi tamamilə kəsilib. Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına görə isə, noyabrın 17-də Ukraynada 10 milyondan çox insan işıqsız qalıb.