Zelenski “taxıl təşəbbüsü”nün davam etdirilməsinə münasibət bildirib.
Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Qara Dəniz Taxıl Təşəbbüsünün daha 120 gün uzadılması sayəsində on milyonlarla insan aclıqdan xilas olub.
"Rusiyanın müxtəlif manipulyasiyalarına , bütün çətinliklərə baxmayaraq, bizim taxıl ixracı təşəbbüsümüz uzadılıb. Biz Qara dəniz limanlarımız vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracını davam etdirəcəyik. Dünya konkret faktlarla Ukraynanın əhəmiyyətini görür - deyə Zelenski ukraynalılara axşam müraciətində bildirib.
Onun sözlərinə görə, avqustun 1-dən ümumi həcmi 11 milyon ton olan 450-dən çox gəmi artıq Odessa limanlarını tərk edib.