İran təhlükəsizlik qüvvələri Təbrizdə üç milli fəalı həbs edib.
Sitat.info xəbər verir ki, Maidə Qaragöz, Rza Əmiri və Hamid Bagiri etiraz aksialarına qatıldıqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Maidə Qaragöz noyabrın 15-i, Rza Əmiri və Hamid Bagiri isə noyabrın 17-də saxlanılıblar.
Onların nədə ittiham olduğu və harda saxlandığı barədə heç bir məlumat verilmir.
/Axar.az