İran Fransa avtomobillərinin idxalına qadağa qoyub

15:58 18 Noyabr 2022

İran Fransa avtomobillərinin ölkəyə qeydiyyatı və idxalına qadağa qoyub.

Sitat.info İranın qismən rəsmi xəbər agentliyi Tesnim-ə istinadən xəbər verir ki, Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Kalibaf bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib.

Nazirliyin qərarı çərçivəsində Renault, Peugeot və Citroen kimi Fransız firmalarının istehsal etdiyi vasitələrin idxalına qadağa qoyulduğunu qeyd edən Kalibaf, "Bu müddət ərzində Fransız avtomobillərinin idxalı üçün heç bir lisenziya vermədik. Diqqətimiz Avtomobil idxalı yalnız Yapon, Koreya, Çin və Fransadan olmayan Avropa avtomobilləridir." dedi.

“İran onlara (fransızlara) İranın avtomobil sənayesi və bazarına sanksiyalarla təzyiq göstərməyə imkan verməyəcək”, - Kalibaf bildirib.

İranın "İran Khodro" və "Saipa" kimi avtomobil istehsalçıları daha çox Peugeot, Renault və Citroen kimi fransız şirkətləri ilə birgə istehsal edirdilər. ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyalar İranın ən böyük məşğulluq sahələrindən biri olan avtomobil sənayesini də hədəf alıb.

Xarici şirkətlər, xüsusilə Peugeot, Renault və Citroen kimi Fransız avtomobil istehsalçıları ABŞ-ın geniş miqyaslı birtərəfli sanksiyaları səbəbindən İrandakı fəaliyyətlərini dayandırıblar. Buna görə də hissələrin tədarükündə problemlərlə üzləşən İran daxili həll yollarına üz tutdu.

Seymur Bənnayev

SİTAT.İNFO



Xəbər xətti