Twitter sosial media şirkətinin yeni sahibi İlon Mask 2021-ci ildə hesabı həmişəlik dayandırılan ABŞ-ın sabiq prezidenti Donald Trampın platformaya qayıtması ilə bağlı sorğuya başlayıb.
http://Sitat.info xəbər verir ki, Musk, Twitter-də "Keçmiş ABŞ prezidenti Trampın hesabı geri verilsin?" sorğusuna 7 milyon dəfədən çox baxılıb.
Hələ başa çatmayan sorğuda iştirak edənlərin sayı 8 milyona yaxınlaşarkən, istifadəçilərin 53,3 faizi “hə”, 46,8 faizi isə “yox” deyib.
Elon Musk sorğuda səs verənlərin sayının saatda 1 milyona çatdığını açıqlayıb.
Musk, əvvəllər dayandırılmış Kathie Griffin, Jorden Peterson və Babylon Bee hesablarının yenidən aktivləşdirildiyini bildirdi.
Qeyd edək ki, Twitter 9 yanvar 2021-ci ildə ABŞ-ın keçmiş prezidenti Trampın hesabını həmişəlik dayandırdığını elan etmişdi.
Twitter-in təhlükəsizlik komandası yazılı açıqlamada, "Trampın hesabından son paylaşımlarını və onların kontekstini yaxından araşdırdıqdan və xüsusilə bu yazıların necə reaksiya səbəb olduğunu araşdırdıqdan sonra, daha çox zorakılığa səbəb olma riskini əsas gətirərək bu hesabı həmişəlik dayandırdıq" ifadəsini işlətmişdi.
Seymur Bənnayev
SİTAT.İNFO