2022-ci ilin mart ayından Böyük Britaniyaya Rusiyadan 200 milyon funt sterlinq dəyərində neft idxal edilib.
Sitat.info xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.
"Yalnız bir Britaniya limanı - İmmingem - mart ayından bəri Almaniya, Niderland və Belçikadan idxal olaraq qeydə alınan təxminən 23 milyon funt sterlinq dəyərində Rusiya nefti qəbul edib. Londonun şərqindəki Temesport limanına isə Rusiyadan 130 milyon funt sterlinq həcmində neft gəlib. Burada da Polşa, Belçika və Hollandiyadan idxal kimi təsnif edilib. Ümumilikdə, Böyük Britaniyanın ticarət statistikasına görə, mart ayından bəri Britaniyanın on limanına 778 milyon funt sterlinq dəyərində Rusiya nefti gəlib. Bu məbləğin təqribən 200 milyon funt-sterlinqi Britaniyanın Rusiyadan rəsmi şəkildə ümumiyyətlə neft idxal etmədiyini açıqladığı vaxta təsadüf edib", - məlumatda deyilir.
/Axar.az