Türkiyədə aktyorlar qəzaya düşdü: ölənlər və yaralananlar var - FOTO/VİDEO

09:08 21 Noyabr 2022

Türkiyənin Amasya əyalətində teatr aktyorlarını daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

Sitat.info NTV-yə istinadla xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.

Qəzada zamanı mikroavtobusda olan sərnişinlər arasında olan Özgür Karataş, Tolga Güleryüz və Burak Topçu həyatını itirib.

Yaralı sürücü Bektaş və Özgür Ayaz, Burak Gülçebi, Filiz Özbek, Melis İşiten, Sergen Deveci, Uğur Şalvarcıoğlu və Ceyhun Fersoy bölgəyə göndərilən təcili yardım maşınları ilə Merzifon və Suluova Dövlət Xəstəxanalarına aparılıblar.

Teatr aktyorlarının dünən Çorum Dövlət Teatr Salonunda "Basbelası" tamaşasını səhnələşdirdikdən sonra Samsuna qayıtdıqları bildirilib.

Faktla bağlı araşdırma başladılıb.
 

/Publika.az

 



Xəbər xətti