Şimali Koreya BMT Baş katibini təhqir etdi

20:46 21 Noyabr 2022

Şimali Koreyanın Xarici İşlər Naziri Ço Son Huin BMT Baş katibi Antonio Quterreşi ABŞ-ın “kukla”sı adlandırıb.

Şimali Koreya Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşi qərəzli olmaqda ittiham edib.

Belə ki, Şimali Koreyanın xarici işlər naziri Ço Son Huin verdiyi açıqlamada Pxenyanın ötən cümə günü həyata keçirdiyi qitələrarası ballistik raket sınağının özünümüdafiə xarakterli  olduğunu deyib.

Ço, BMT Baş katibini Ağ Evin əməkdaşı kimi gördüyünü bildirib:

“Quterreşin BMT-nin məqsəd və prinsiplərini bilməməsindən təəssüfləndiyimi bildirirəm. Bu, onun ABŞ-ın “kukla”sı olduğunu açıq şəkildə sübut edir”. //“Qafqazinfo”



Xəbər xətti