İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Parlament Assambleyasının (NATO-PA) 68-ci Baş Assambleyasına videokonfrans vasitəsilə qatılan Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın “terrorçu dövlət” elan edilməsini tələb edib.
Sitat.info xəbər verir ki, NATO-PA üzvlərinə müraciət edən Zelenski, "Milyonlarla insanımızın həyatını birbaşa təhlükəyə atan Rusiya qışda istilik, elektrik və su ehtiyaclarımızı kəsmək üçün enerji infrastrukturlarımıza hücumlar təşkil edir. Sizin üçün doğru olan budur ki, Parlamentinizdə Rusiyanı terrorçu dövlət kimi tanıyın”.
Ukraynadakı nüvə obyektlərinə potensial təhlükəli hücumun bütün xalqlara təsir edəcəyini və bunun qarşısının alınmasının hər kəsin marağında olduğunu bildirən Zelenski, "Bütün xalqların infrastruktur obyektlərində Rusiyanın istənilən raket və ya təxribatına qarşı zəmanətli müdafiəyə ehtiyacı var" dedi.
Ukraynanın Aİ və NATO ilə münasibətlərinə toxunan Zelenski, “Ukrayna hələ Aİ və NATO-nun tam tərkib hissəsi olmasa da, mən həmişə bir hissəsi olmuş və olacaq xalq adından sizə səslənirəm. "Ukrayna prezidenti kimi mən hesab edirəm ki, Ukraynanın Avropanı tərk etməsi ədalətsiz və qeyri-təbiidir. Bu ayrılığın davam etməsinə icazə verməyəcəyəm".
Ölkəsinə kifayət qədər zenit və raket hücumundan müdafiə yardımı göstərilməsini tələb edən Zelenski “Rusiyaya qarşı sanksiyaların davam etməsini və Rusiyanın terror toxumu səpmək üçün yeni yollar axtarmasına imkan verilməməsini” tələb edib.
Seymur Bənnayev
SİTAT.İNFO