Əl-Qaidə terror təşkilatı dünya çempionatında iştirak edənləri daşqalaq etməyə çağırıb.
Təşkilat Qətərdə keçirilən beynalxalq tədbirin müsəlmanların ədaət-ənənələrinə uyğun olmadığını deyib.
Bildirilib ki, Əl-Qaidə dünya çempionatını müsəlmanların dəyərlərini məhv etməyə yönəlmiş işğal adlandırıb:
Ətraflı
“Ərəbistan yarımadası homoseksuallar, ateistlər və əxlaqsız insanlarla doludur. Kubok üçün gələnlərin davranışı bizim cəmiyyətlərə, müsəlmanlara yaddır. Müsəlmanlar daşqalaq etməklə öz vəzifələrini yerinə yetirə bilərlər”.
Təşkilat buna icazə verən Yaxın Şərq ölkələrinin də məsuliyyət daşıdığını bəyan edib.//“Qafqazinfo”