Serbiya və Kosovo Brüsseldə keçirilən fövqəladə iclasda son vaxtlar böhrana səbəb olan 'şəxsiyyət vəsiqəsi və avtomobil nömrələri' mövzusunda razılığa gələ bilməyib.
Sitat.info xəbər verir ki, Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, rəhbərlik etdiyi danışıqlardan sonra verdiyi açıqlamada, önümüzdəki dövrdə "bölgədə şiddətin arta biləcəyi" xəbərdarlığını etdi.
Serbiya prezidenti Aleksander Vucic və Kosovo baş naziri Albin Kurti ilə görüşən Borrell, "Bu səhər saat 08:00-dan etibarən saatlarla davam edən danışıqlardan sonra tərəflər həll yolu ilə bağlı razılığa gələ bilmədilər" dedi.
Vuçiç “Kosovo mümkün olmayanı istəyirdi” ifadəsini işlətdi.
Serbiya və Kosovo arasında gərginlik son həftələr Priştina hökumətinin Belqrad tərəfindən buraxılan avtomobil nömrələrini qadağan etmək qərarına görə daha da artıb. Noyabrın 5-də Kosovonun şimalındakı Mitrovitsa rayonunda 10 serb deputat, 10 prokuror və 576 polis əməkdaşı istefa verib.
Seymur Bənnayev
SİTAT.İNFO