Belçika həftədə 4 günlük iş sisteminə keçən ölkələr arasında yerini aldı.
Sitat.info xəbər verir ki. Belçikada koalisiya hökumətini quran partiyaların iyun ayında iş həyatında islahatlar başlamasından sonra bu qanun qüvvəyə minib.
Bu yeniliklə işçilər işəgötürəndən 4 günlük iş rejimi tələb edə biləcəklər. İşçi istəsə və işəgötürənlə razılaşarsa, həftəlik 38 saatlıq iş müddətini 5 gün əvəzinə 4 günə başa vura biləcək.
Bu fürsətdən yararlana bilənlər həftə sonu 3 günlük məzuniyyət götürə və ya həftə ərzində əlavə 1 günlük məzuniyyətdən istifadə edə biləcəklər.
İşəgötürənlərin belə bir tələbdən imtina etmək hüququ var. Bununla belə, imtinanın üzrlü səbəbə əsaslanması tələb olunur.
Nərgiz,
SİTAT.İNFO