Kolumbiyanın Medellin şəhərində kiçik təyyarənin yaşayış məntəqəsinə çırpılması nəticəsində 2-si pilot olmaqla 8 nəfər ölüb.
Sitat.info xəbər verir ki, Kolumbiyada yayımlanan "El Tiempo" xəbər saytının verdiyi məlumata görə, Medellin Bələdiyyə Başçısı Daniel Kintero Twitter hesabında yazdığı paylaşımda kiçik bir təyyarənin şəhərin yaşayış massivinə düşdüyünü açıqlayıb.
YAŞAYIŞ SAHƏSİNDƏ DÜŞÜŞ
Quintero bildirib ki, qəzada 2-si pilot olmaqla 8 nəfər ölüb. Medellinin fövqəladə hallar xidmətinin əməkdaşları da təyyarənin “Belen Rosales” yaşayış massivində qəzaya uğradığını bildiriblər.
Rəsmilər təyyarənin ərazidəki ən azı bir binaya çırpıldığını bildirib. Sosial mediada paylaşılan görüntülərdə binalar arasında tüstünün yüksəldiyi görünür. Belen Rosales Herrera hava limanına olduqca yaxın olduğu bilinir. Dağlıq bölgədə yerləşən Medellində vaxtaşırı təyyarə qəzaları baş verə bilər.
Qeyd edək ki, Braziliyanın Böyük Futbol Liqasının komandalarından olan “Şapekoense”nin futbolçularını və texniki heyətini daşıyan təyyarə 2016-cı il noyabrın 29-da Kolumbiyanın Medellin şəhərində dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarədə olan 77 nəfərdən 71-i həlak olmuşdu.
Seymur Bənnayev
SİTAT.İNFO