Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.
Sitat.info xəbər verir ki, Kabil Polis İdarəsinin sözçüsü Xalid Zedran mətbuata verdiyi açıqlamada, Pervan 3 bölgəsində bir avtomobilin hədəf alındığını və hadisədə ən azı 2 nəfərin həyatını itirdiyini bildirib.
Partlayış yerinə təhlükəsizlik qruplarının göndərildiyini qeyd edən Zedran, hadisənin təfərrüatlarının daha sonra açıqlanacağını bildirib.
Hələlik heç kim partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
Seymur Bənnayev
SİTAT.İNFO